Ucnoqta.az
www.ucnoqta.az

"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri bu tarixdə işləməyəcək

13:07 - 8 May 2026 tarixində dərc olunub.

9 May - Faşizm üzərində Qələbə Günü ilə əlaqədar “ASAN xidmət” və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə Ucnoqta.az-a “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, mayın 10-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Bazar günü "ASAN kommunal" mərkəzlərində qeyri-iş günüdür.

Müəllif: Ucnoqta.az redaksiyası