Ucnoqta.az
www.ucnoqta.az

Ermənistanda parlament seçkiləri ilə bağlı seçki kampaniyasına start verildi

09:37 - 8 May 2026 tarixində dərc olunub.

Ermənistanda 7 iyuna təyin olunmuş parlament seçkiləri ilə bağlı seçki kampaniyası rəsmi olaraq 8 mayda başlayır.

Ucnoqta.az xəbər verir ki, Ermənistan mediasının məlumatına görə, Ermənistan Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak etmək üçün 17 partiya və iki blok da daxil olmaqla 19 siyasi qüvvəni qeydiyyata alıb.

Kampaniya 5 iyuna qədər davam edəcək.

Qeyd etmək lazımdır ki, Paşinyan seçki kampaniyasında iştirak etmək üçün bu gün məzuniyyətə çıxıb.

Müəllif: Ucnoqta.az redaksiyası