Ucnoqta.az
www.ucnoqta.az

Ronaldo "Əl-Nəsr"də 100-cü qolunu vurdu

00:16 - 8 May 2026 tarixində dərc olunub.

"Əl-Nəsr" Səudiyyə Ərəbistanı Futbol Liqasının 33-cü turunda səfər oyununda "Əl-Şəbab"ı 4-2 hesabı ilə məğlub edib.

Ucnoqta.az xəbər verir ki, qolları João Félix (3-cü, 10-cu və 90+8-ci dəqiqələr) və Kristiano Ronaldo (75) vurub. "Əl-Şəbab"dan Yannik Karrasko (30) və Ali Al-Bulaihi (80) fərqləniblər. Felixin üçüncü qolu penalti olub.

Bu qol Ronaldonun Səudiyyə Ərəbistanı Liqasında 100-cü qolu olub. Portuqaliyalı hücumçu peşəkar karyerasının 971-ci qolunu vuraraq futbolda bütün zamanların ən çox qol vuran oyunçusu olub.

Müəllif: Ucnoqta.az redaksiyası