Ucnoqta.az
www.ucnoqta.az

Superkompüter Çempionlar Liqasının favoritini proqnozlaşdırıb

09:40 - 8 May 2026 tarixində dərc olunub.

Opta superkompüteri turnirin yarımfinal oyunlarının başa çatmasından sonra 2025/26 Çempionlar Liqasının qalibi üçün proqnozunu yeniləyib.

Ucnoqta.az xəbər verir ki, analitiklər Londonun “Arsenal” komandasını turniri qazanmaq üçün açıq favorit hesab edirlər. İngilis klubunun ilk Çempionlar Liqası titulunu qazanmaq şansı 54,56% -dir.

Opta Analyst “Paris Saint-Germain”in qələbə ehtimalını 45,44% olaraq qiymətləndirir.
2025/26 Çempionlar Liqasının finalı 30 mayda Budapeştdəki Puskas Arenada keçiriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası