Ucnoqta.az
www.ucnoqta.az

Agentlik sədri müşavirini işdən çıxardı

14:01 - 7 May 2026 tarixində dərc olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) İdarə Heyətinin sədrinin müşavirlərindən biri vəzifədən azad olunub.

Ucnoqta.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı DOST-un İdarə Heyətinin sədri Fərid Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Çingiz Əliyev çalışmanın son yaş həddi ilə əlaqədar olaraq sədrin müşaviri vəzifəsindən azad edilərək təqaüdə yola salınıb.

Müəllif: Ucnoqta.az redaksiyası