ABŞ İranla münaqişə fonunda fevral ayından bəri Yaxın Şərqdəki bazalarındakı əsgər kontingentini təxminən 10.000 əsgər artıraraq 50.000-ə çatdırıb.
Ucnoqta.az xəbər verir ki, The New York Times (NYT) bu barədə mənbələrə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, ABŞ-ın İrana qarşı hərbi əməliyyatından əvvəl bölgədə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İraq, İordaniya, Qətər, Küveyt və Bəhreyndəki bazalarda təxminən 40.000 Amerika əsgəri yerləşdirilib.
Hazırda bölgədəki ABŞ əsgərlərinin sayı 50.000-i keçib.
Qəzet qeyd edir ki, Yaxın Şərqdəki bütün kontingent tam döyüş hazırlığı vəziyyətindədir.