Ucnoqta.az
www.ucnoqta.az

Biləsuvarda iki gənc bıcaqlanıb

09:22 - 7 May 2026 tarixində dərc olunub.

Biləsuvarda iki gənc bıcaqlanıb, birinin vəziyyəti ağırdır.

Ucnoqta.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Biləsuvar şəhər sakini 2003-ci il təvəllüdlü Kənan Ramil oğlu Rəhimli və 2006-ci il təvəllüdlü Tərlan Niyamədddin oğlu Şahbazov bıçaqlanıb.

Yaralılar rayon xəsətxanaına hospitalizasiya olunublar.

Boğaz nahiyəsindən ağır bıçaq yarası alan K. Rəhimli  dərhal rayon xəstəxananın reanimasiya şöbəsinə, əməliyyat blokuna alınıb.

İlkin məlumata görə gənclərə bıçaq xəsarəti eyni şəxs tərəfindən yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası