Ucnoqta.az
www.ucnoqta.az

Zelenski İlham Əliyevə zəng edib

21:08 - 6 May 2026 tarixində dərc olunub.

Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin "X" hesabında məlumat verilib.

"Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski mənə zəng edib. Telefon söhbəti zamanı ölkələrimiz arasında münasibətlərin inkişafında müsbət dinamikadan məmnunluq ifadə olunub. Biz, həmçinin Qəbələdə keçirilən görüşdə müzakirə edilən məsələlərin ikitərəfli gündəlik çərçivəsində reallaşdırılması ilə bağlı fikir mübadiləsi apardıq", - məlumatda deyilir.

Müəllif: Ucnoqta.az redaksiyası