Şimal-qərb bölgəsinin 30 məktəblisi Respublika Fənn Olimpiadasında medal qazanıb
Ucnoqta.az xəbər verir ki, 2025–2026-cı tədris ilində keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsinin nəticələrinə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdlərindən 5 nəfər qızıl, 5 nəfər gümüş, 20 nəfər isə bürünc medal əldə edib.
Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkarlanması, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.