Ucnoqta.az
www.ucnoqta.az

Bağlı qalan daha 6 cinayətin üstü açılıb

10:36 - 6 May 2026 tarixində dərc olunub.

Mayın 5-də ölkə ərazisində qeydə alınan 70, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 179, o cümlədən borclu şəxs qismində axtarışda olan 153 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  

Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası