Ucnoqta.az
www.ucnoqta.az

Nazirlik partlayışda yaralanan həkimin ölümü ilə bağlı məlumat yaydı

22:47 - 5 May 2026 tarixində dərc olunub.

Aprelin 30-da saat 14 radələrində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Milli Onkologiya Mərkəzi”ndə baş vermiş partlayış nəticəsində ağır yaralanmış həkim-radioloq Asif Nəsirli ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat verib.

Qeyd edək ki, həkim-radioloq A. Nəsirli 2008-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsində və Uşaq klinikasında radiasiya onkoloqu vəzifəsində çalışıb.

Müəllif: Ucnoqta.az redaksiyası