Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda zəlzələ oldu

09:32 - 5 May 2026 tarixində dərc olunub.

Xəzər dənizində zəlzələ baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 08:45-də qeydə alınan yeraltı təkanın maqnitudası 3,7 olub.

Zəlzələnin ocağı 19 kilometr dərinlikdə yerləşib.

Müəllif: Ucnoqta.az redaksiyası