Ucnoqta.az
www.ucnoqta.az

Tramp Si Cinpin ilə çox vacib görüşü səbirsizliklə gözlədiyini bildirib

00:50 - 5 May 2026 tarixində dərc olunub.

ABŞ Prezidenti Donald Tramp Çin Prezidenti Si Cinpin ilə çox vacib görüşü səbirsizliklə gözlədiyini bildirib.

Kiçik biznes nümayəndələrinin qatıldığı Ağ Ev tədbirində çıxış edən ABŞ Prezidenti süni intellekt (Sİ) şirkətlərinin qurulmasının "ölkənin hər yerində baş verdiyini" iddia edib.

"Biz bunu edirik və Çindən irəlidəyik.

İki həftə sonra Prezident Si Cinpinlə görüşəcəyəm. Səbirsizliklə gözləyirəm və sizə deyəcəyəm ki, biz liderlik edirik. Bizim aramızda dostcasına, çox mehriban rəqabət var və bu, çox vacib bir səfər olacaq", - Tramp deyib.

Amerika liderinin Pekinə səfəri 14-15 may tarixlərinə planlaşdırılıb.

Müəllif: Ucnoqta.az redaksiyası