Ucnoqta.az
www.ucnoqta.az

Zelenski atəşkəs elan etdi

23:06 - 4 May 2026 tarixində dərc olunub.

Ukrayna Prezidenti Volodimir Zelenski 6 may gecə yarısından etibarən atəşkəs elan edib.

Ucnoqta.az xəbər verir ki, o, Kiyevin atəşkəsin şərtləri ilə bağlı heç bir rəsmi sorğu almadığını bildirdi.

"Biz inanırıq ki, insan həyatı hər hansı bir ildönümü qeyd etməkdən müqayisəolunmaz dərəcədə daha dəyərlidir. Buna görə də, 5-6 may gecəsi gecə yarısından etibarən atəşkəs elan edirik", - deyə o bildirib.

Siyasətçinin sözlərinə görə, həmin andan əvvəl qalan müddətdə atəşkəsin təmin edilməsi mümkündür. Ukrayna lideri əlavə edib ki, Kiyev də həmin vaxtdan etibarən bunu təkrarlayacaq.

Müəllif: Ucnoqta.az redaksiyası