Ucnoqta.az
www.ucnoqta.az

ABŞ hələ də İranla danışıqlar aparır - Uitkoff

00:00 - 4 May 2026 tarixində dərc olunub.

Vaşinqton İranla münaqişənin sülh yolu ilə həllini müzakirə etməyə davam edir.

Ucnota.az xəbər verir ki, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff CNN-ə bu barədə bildirib. Uitkoff danışıqların hazırkı vəziyyəti ilə bağlı suala cavab olaraq "Biz müzakirələr aparırıq" deyib.

Bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp İsrailin dövlət televiziyası Kan-a verdiyi müsahibədə Tehranın yeni sülh təklifini qəbuledilməz hesab etdiyini bildirmişdi.

Müəllif: Ucnoqta.az redaksiyası