"Asifi patokdan tanıyırdım. Empatiya hissi çox güclü idi. Tək pasientlərə qarşı yox, insan olaraq duyarlı idi" .
Ucnoqta.az xəbər verir ki bu sözləri kardioloq Günay Rəhimova ötən gün partlayış zamanı ağır yaralanan həkim Asif Nəsirli barədə yazıb.
Günay Rəhimova bildirir ki, bəzi xeyriyyə aksiyaları edirdik:
"Təbii ki tək deyildim, mənim də köməyimə həkimlər çatırdı. Əlil uşağa araba almışdıq, ev tikmişdik, uşaqlar evi, qocalar evi, hər yerdə, nə zaman kart paylaşırdımsa ora pul atan ilklərdən biri Asif idi.
Bir dəfə bir uşaq gətirdilər yanıma. Mən də alışıq deyiləm ki uşaqlarda xərçəngə. Eşitdim ki şüasını Asif verir. Ürəyi haqda məlumat vermək üçün yığdım, danışdıq, sonda dedim ki sən necə dözürsən bunlara şüa verəndə? Dedi saçların ağarıb? Dedim yox. Dedi amma mənimkilər çoxdan ağdı.."
" Düşünməyin ki mən həkiməm deyə yazıram. Amma həkimlərin qədrini bilin" - həkim Günay Rəhimova əlavə edib.