Ucnoqta.az
www.ucnoqta.az

Partlayışda yaralanan həkim vəfat edib? (YENİLƏNİB)

15:36 - 1 May 2026 tarixində dərc olunub.

Məsələ ilə bağlı Baş Prokurorluqdan sorğuya cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Partlayış nəticəsində xəsarət alan həkim Asif Nəsirlinin vəziyyəti ağırdır, müalicəsi davam etdirilir. Həkimin ölməsi ilə bağlı yayılan məlumat yalandır". ///Oxu.az

14:45

Ötən gün Milli Onkologiya Mərkəzində baş verən partlayış nəticəsində ağır yaralanan həkim radioloq Asif Nəsirli dünyasını dəyişib.

Ucnoqta.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə Asif Nəsirli beyin ölümü keçirib.

Müəllif: Ucnoqta.az redaksiyası