Bu gün Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış "Neftçi" "Qarabağ" oyunu keçirilib.
Ucnoqta.az xəbər verir ki, oyun ağ-qaraların 2:1 qələbəsi ilə yekunlaşıb.
Matçda qolları “Neftçi”dən Emil Səfərov və Bassala Sambou vurub.
"Qarabağ"ın yeganə qolunun müəllifi "Neftçi"nin müdafiəçisi Elvin Bədəlov olub.
Bu qələbə nəticəsində "Neftçi" turnir cədvəlində 4-cü yerə yüksəlib.
Bu oyunun nəticəsinə görə, "Sabah" tarixində ilk dəfə Azərbaycan Premyer Liqasının çempionu olub.