Ucnoqta.az
www.ucnoqta.az

London terrorunu Somalidən olan keçmiş tərcüməçi törədib The Times

21:09 - 30 Aprel 2026 tarixində dərc olunub.

29 apreldə Şimali Londonda baş verən terror aktını Somalidə anadan olmuş keçmiş tərcüməçi Essa Süleymani törədib.

Ucnoqta.az xəbər verir ki, bu barədə The Times məlumat yayıb.

Qəzetin məlumatına görə, Süleymani 1990-cı illərdə uşaq ikən qanuni olaraq Birləşmiş Krallığa gəlib və daha sonra Britaniya vətəndaşlığını alıb.

2020-ci ildə o, hökumətin radikalizmin və ekstremizm və terrorizmə cəlb olunmanın qarşısını almağı hədəfləyən "Prevent" proqramının diqqət mərkəzinə düşüb. Lakin qəzetin qeyd etdiyi kimi, o, həmin il proqramdan uzaqlaşdırılıb.

Müəllif: Ucnoqta.az redaksiyası