"İdrak" liseyində bir müddət əvvəl baş vermiş silahlı insident zamanı yaralanan müəllimin işdən çıxmadığı məlum olub.
Ucnoqta.az xəbər verir ki, Şəhla Kamilovanın vəkili Vüqar Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirdi ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Müəllim işdən ayrılmayıb. Sadəcə olaraq qısa müddətlik bülletenə çıxıb. Ailə bu kimi yanlış, təsdiqlənməmiş məlumatların, eyni zamanda, gələcəkdə fotolarının yayılmasından narahatdır”.