Ucnoqta.az
www.ucnoqta.az

Universitetdə yanğın söndürüldü (YENİLƏNİB)

15:21 - 28 Aprel 2026 tarixində dərc olunub.

Memarlıq və İnşaat Universitetinin həyətində taxta tullantıları yanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb. Xəsarət alan olmayıb.

14:57

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində yanğın başlayıb.

Bu dəqiqələrdə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində yanğın olub. Məlumsts görə, tələbələr universitetdən təxliyə edilirlər.

Universitetin mətbuat xidməti Nicat Abdullayev faktı Azxeber.com-a təsdiqləyib.

"Bəli universitetin bir hissəsində yanğın baş verib. Hadisə yanğınsöndürənlərin tam nəzarətindədir. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır. Tələbələrdən xəsarət alan yoxdur. Yanğın söndürüləndən sonra hadisənin hansı səbəbdən baş verdiyi araşdırılacaq".

Müəllif: Ucnoqta.az redaksiyası