Ucnoqta.az
www.ucnoqta.az

Brüsselin bəyanatları və hərəkətləri ölkədə radikalizmi təşviq edir - Gürcüstan XİN

15:05 - 27 Aprel 2026 tarixində dərc olunub.

Brüsselin son bəyanatları və atdığı addımlar Gürcüstan-AB münasibətlərini sarsıdır və ölkədə radikalizmi təşviq edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Açıqlamada deyilir ki, Brüsselin Gürcüstana qarşı hazırkı siyasəti, addımları və açıqlamaları tərəflər arasında etimadı sarsıdır və Gürcüstan-AB tərəfdaşlığına zərər verir:
"Təəssüf ki, Brüsselin hərəkətləri yalnız Gürcüstan cəmiyyətini daha da qütbləşdirmək və radikal gündəmi təşviq etmək üçün atılan addımlar kimi qiymətləndirilə bilər".

Müəllif: Ucnoqta.az redaksiyası