Ucnoqta.az
www.ucnoqta.az

Paşinyan Gürcüstanla razılaşdığını açıqladı

13:36 - 27 Aprel 2026 tarixində dərc olunub.

Ermənistan və Gürcüstan Ermənistan-Gürcüstan dövlət sərhədinin demarkasiya prosesini başa çatdırmaq üçün razılığa gəliblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Sərhəd Xidmətinin yaranma günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.

"Gündəliyimizə Gürcüstanla sərhəd demarkasiya prosesinin yekunlaşdırılması daxildir. Artıq bu məsələ ilə bağlı gürcü tərəfdaşlarımızla razılaşmalarımız var", - deyə Ermənistanın Baş naziri bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası