Ucnoqta.az
www.ucnoqta.az

Pakistanla son danışıqlar uğurlu keçdi - Əraqçi

09:09 - 27 Aprel 2026 tarixində dərc olunub.

Ötən həftə İslamabadda İran və Pakistan arasında keçirilən danışıqlar uğurlu keçdi və digər məsələlərlə yanaşı, gələcək əməkdaşlıq müzakirə edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

"Pakistandakı dostlarımızla yaxşı məsləhətləşmələr apardıq; səfər uğurlu keçdi. Əvvəlki görüşləri təhlil etdik və danışıqların hansı istiqamətdə və şərtlərdə davam etdirilə biləcəyini müzakirə etdik", - deyə Əraqçi deyib.

Müəllif: Ucnoqta.az redaksiyası