Ucnoqta.az
www.ucnoqta.az

ABŞ Sakit Okeanda bir qayığa zərbə endirib

07:42 - 27 Aprel 2026 tarixində dərc olunub.

ABŞ hərbi qüvvələri Sakit Okeanda narkotik qaçaqmalçıları tərəfindən istifadə edildiyi ehtimal edilən bir gəmiyə zərbə endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumatı X-də verib.

Məlumatla görə, 3 nəfər ölüb. 

Qeyd olunub ki, kəşfiyyat gəminin Sakit Okeanın şərqində narkotik qaçaqmalçılığı üçün məlum marşrut boyunca hərəkət etdiyini və narkotik qaçaqmalçılığı üçün istifadə edildiyini təsdiqləyib. 

Müəllif: Ucnoqta.az redaksiyası