Ucnoqta.az
www.ucnoqta.az

Tramp İranla telefon danışıqlarını davam etdirməyə hazır olduğunu bildirib.

20:06 - 26 Aprel 2026 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Tramp ABŞ-ın İranla telefon danışıqlarını davam etdirməyə hazır olduğunu bildirib.

Ucnoqta.az xəbər verir ki, o, bunu Fox News-a verdiyi müsahibədə açıqlayıb.

"Əgər danışmaq istəyirlərsə, bizə gələ və ya zəng edə bilərlər. Bizim telefonumuz var, əla təhlükəsiz kanallarımız var", - deyə Amerika lideri bildirib.
Amerika lideri əlavə edib ki, xüsusi nümayəndəsi Stiv Vitkoff və sahibkar Qared Kuşnerin "görüş üçün 18 saat uçmasını" istəmir.

O, həmçinin ABŞ-ın İrana qarşı müharibəsinin "tezliklə başa çatacağı" fikrini bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası