Ucnoqta.az
www.ucnoqta.az

Vaşinqtonda atışma məni dərindən sarsıtdı - İlham Əliyev

10:50 - 26 Aprel 2026 tarixində dərc olunub.

Vaşinqtonda keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində baş verən atışma məni dərindən sarsıtdı.

Ucnoqta.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev X-da paylaşımında bildirib.

“Belə zorakılıq halları qəbuledilməzdir və qəti şəkildə pislənməlidir. Prezident Trampın, Birinci xanımın və bütün iştirakçıların təhlükəsiz olması sevindiricidir. Onlara davamlı təhlükəsizlik və rifah arzulayıram”, - deyə dövlət başçısı vurğulayıb.

Müəllif: Ucnoqta.az redaksiyası