Ucnoqta.az
www.ucnoqta.az

Xırdalanda evdən meyit tapıldı

15:21 - 24 Aprel 2026 tarixində dərc olunub.

Abşeronda evdən meyit tapılıb.

Ucnoqta.az lent.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Şəhər sakini 69 yaşlı Elman Hüseyn oğlu Hüseynovun meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Müəllif: Ucnoqta.az redaksiyası