Ucnoqta.az
www.ucnoqta.az

Bakı metrosunda rəis təyinatı olub

14:44 - 24 Aprel 2026 tarixində dərc olunub.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində (QSC) departamentə yeni rəis təyin olunub.

Avtosfer.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, QSC-nin sədri Vüsal Aslanovun 23 aprel tarixli əmri ilə Orxan Səlimzadə qurumun təsərrüfat departamentinin rəisi vəzifəsinə gətirilib.

Qeyd edək ki, bundan əvvəl sözügedən departamentin rəisi Vəfa Məmmədov olub.

Müəllif: Ucnoqta.az redaksiyası