Ucnoqta.az
www.ucnoqta.az

Qiymətlər bahalaşır, idxal artır

09:59 - 24 Aprel 2026 tarixində dərc olunub.

Bu ilin yanvar-mart aylarında Azərbaycan 12 min 299 ton ət idxal edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 410 ton (3,4 %) çoxdur. Bir müddət öncə 16-17 manata təklif olunan dana əti son günlərdə 18 manatadək bahalaşıb. Yerli istehsalın azalması ət idxalının artmasını şərtləndirib. Qarşıdan Qurban bayramının yaxınlaşdığını da nəzərə alsaq qiymətlərin nenidən artacağı gözlənilir.

Ət qiymətlərinin bahalaşması ilə bağlı Ucnoqta.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirir ki, Azərbaycanda ət qiymətlərinin bahalaşmasının əsas səbəbi yerli istehsalın azalmasıdır.

"Bizdə hər il dayanmadan iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalır. Son 5 ildə xırda buynuzlu mal-qaranın sayı 300 minə yaxın, qoyun və keçi sayı isə təqribən 2 milyona yaxın azalıb.  Bütün bunlar təbii ki, qiymətlərə təsir göstərir. Əgər heyvan sayı azalırsa, tələb isə yerində qalırsa bu da qiymətlərə təsir göstərən amildir. Fundamental səbəb isə yerli istehsalın azalmasıdır. Yerli istehsalın azalma sayı isə həddindən artıq çoxdur. Həm hökumətin səhv siyasəti nəticəsində, təşviq siyasətininin yalnışlığı, yem bazasının zəif olması, örüş yerlərinin zəbt olunması yerli istehsalın azalmasına təsir göstərir". 

Emin

Müəllif: Ucnoqta.az redaksiyası