Ucnoqta.az
www.ucnoqta.az

Finlandiya Ukraynaya 300 milyon avro yardım ayıracaq

14:49 - 23 Aprel 2026 tarixində dərc olunub.

Finlandiya hökuməti 2027-ci ilin yazında müddəti bitən Eduskunta (Finlandiya Parlamenti) hazırkı səlahiyyət müddətinin sonuna qədər Ukraynaya 300 milyon avro yardım ayıracaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Finlandiya hökumətinin saytında dərc olunmuş bəyanatda bildirilib.

Qeyd olunur ki, məqsəd həm Ukraynanın müdafiəsini, həm də Finlandiyanın müdafiə sənayesini dəstəkləyəcək sənaye əməkdaşlığının qurulmasıdır.

Müəllif: Ucnoqta.az redaksiyası