Ucnoqta.az
www.ucnoqta.az

Azərbayсan ət idxalını artırıb

14:31 - 23 Aprel 2026 tarixində dərc olunub.

Bu ilin yanvar-mart aylarında Azərbaycan 12 min 299 ton ət idxal edib. 

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb
Bu həcmdə ətin dəyəri 28 milyon 630 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 410 ton (3,4 %), dəyər baxımından isə 3 min 805 min dollar (15,3 %) çoxdur.

Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,7 %-ni təşkil edib.

Müəllif: Ucnoqta.az redaksiyası