Ucnoqta.az
www.ucnoqta.az

Zığ yolunda sürət həddi bərpa edildi

11:39 - 21 Aprel 2026 tarixində dərc olunub.

Bakının Zığ dairəsi-Hava Limanı yolunda 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Xatırladaq ki, ötən gün hava şəraiti ilə əlaqədar olaraq sözügedən yolda sürət həddi endirilmişdi.

Müəllif: Ucnoqta.az redaksiyası