Ucnoqta.az
www.ucnoqta.az

Bakı–Sumqayıt yolunda tıxac azalacaq

10:14 - 21 Aprel 2026 tarixində dərc olunub.

Hazırda ən ciddi layihə Bilgəh-Novxanı-Xırdalan avtomobil yolu layihəsidir.

Ucnoqta.az xəbər verir ki, bu barədə AzTV-yə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
İcraçı direktor bildirib ki, bu layihə ilə Sumqayıtdan gələn M1 avtomobil yolunda gərginlik azalacaq.

“Xırdalanın M4 yoluna müxtəlif çıxışlar təmin olunacaq. Beləliklə, "20 yanvar" ətrafında alışdığımız yoldakı gərginlik kifayət qədər azaldılacaq. Bu, Bilgəh-Novxanı-Xırdalan avtomobil yolu layihəsinin əhəmiyyətini göstərir”, - deyə o əlavə edib.

Müəllif: Ucnoqta.az redaksiyası