Ucnoqta.az
www.ucnoqta.az

ABŞ Braziliyanın təhlükəsizlik üzrə attaşesini ölkədən çıxarır - Reuters

10:02 - 21 Aprel 2026 tarixində dərc olunub.

ABŞ Dövlət Departamenti Braziliya təhlükəsizlik attaşesi Marselo İv de Karvalyoya ölkəni tərk etməyi tələb edib.

Ucnoqta.az bildirir ki, Reuters bu barədə məlumat verib.

Agentliyin məlumatına görə, bu qərar ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən Braziliyada keçmiş prezident Jair Bolsonaro ilə birlikdə dövlət çevrilişi planlaşdırmaqda ittiham olunan Braziliya kəşfiyyatının keçmiş rəhbəri Aleksandr Ramajemi saxladıqdan sonra verilib.

Agentliyin məlumatına görə, De Karvalyo Florida ştatının Mayami şəhərində yaşayırdı və Braziliya hakimiyyəti ilə ICE arasında "əlaqə" rolunu oynayıb.

Müəllif: Ucnoqta.az redaksiyası