Ucnoqta.az
www.ucnoqta.az

Məşhur dirijor İstanbula uçarkən təyyarədə vəfat edib

00:03 - 21 Aprel 2026 tarixində dərc olunub.

Rusiyanın Xalq Artisti, Peterburq Konsert Orkestrinin bədii rəhbəri və Sankt-Peterburq Simfonik Orkestrinin baş dirijoru Sergey Stadler Sankt-Peterburqdan İstanbula uçan və Rumıniyada təcili eniş edən təyyarədə vəfat edib.

Ucnoqta.az bildirir ki, bu barədə şəhərin Mədəniyyət Komitəsi TASS-a məlumat verib.

Bildirilir ki, Sergey Stadler Rumıniyada təcili eniş edən Sankt-Peterburq-İstanbul reysinin göyərtəsində vəfat edib.

Sergey Stadler dünyaca məşhur musiqiçi, Rusiyanın Xalq Artisti və görkəmli skripkaçı, dirijor və müəllim idi. 

Müəllif: Ucnoqta.az redaksiyası