Ucnoqta.az
www.ucnoqta.az

Yaponiyada sunami xəbərdarlığı - 171 mindən çox ...

15:16 - 20 Aprel 2026 tarixində dərc olunub.

Yaponiyanın şimalındakı Honşu adasında 7,5 bal gücündə güclü zəlzələ baş verib.

Ucnoqta.az xarici mətbuata istinadənxəbər verir ki, Yaponiyanın Hokkaydo, Aomori, İvate, Miyagi və Fukusima prefekturalarında 171.000-dən çox insana ölkənin şimal-şərq sahillərində baş verən güclü zəlzələdən sonra sunami təhlükəsi səbəbindən təxliyə olunmaları tövsiyə edilib. Bu barədə NHK məlumat yayıb.

Zəlzələdən sonra meteoroloqlar 3 metrə qədər hündürlükdə sunami xəbərdarlığı ediblər. Bəzi ərazilərdə 80 sm-ə qədər hündürlükdə dalğalar artıq sahilə çatıb. Daha yüksək dalğaların riski qalmaqdadır.

Müəllif: Ucnoqta.az redaksiyası