Ucnoqta.az
www.ucnoqta.az

U-15 boksçular arasında zona birinciliyi keçirilib

14:44 - 20 Aprel 2026 tarixində dərc olunub.

 Lənkəranda məktəbli oğlan boksçular (U-15) arasında zona birinciliyi keçirilib.

Ucnoqta.az xəbər verir ki, yarışda 38 komandanın 200 boksçusu gücünü yoxlayıb. Biləsuvar rayonu Xanlar Qafarov adına İsmətli kənd orta məktəbinin VII sinif şagirdi Baxşiyev Namiq Sübhan oğlu yarışda 57 kq çəki dərəcəsində birinciliyi qazanaraq respublika çempionatına vəsiqə qazanıb.

Qeyd edək ki, fərqlənən idmançılar birinciliyin Şamaxıda keçiriləcək final mərhələsində iştirak edəcək.

Müəllif: Ucnoqta.az redaksiyası