Ucnoqta.az
www.ucnoqta.az

DSMF-nin rüblük gəlirləri və xərcləri açıqlanıb

13:42 - 16 Aprel 2026 tarixində dərc olunub.

Bu ilin I rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2 milyard 132 milyon manat təşkil edib.

Bu barədə DSMF-dən məlumat verilib.

Məlumata görə, gəlirlər proqnozla müqayisədə 9% və yaxud 183 milyon manat çoxdur.

Fondun gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 3% və yaxud 41 milyon manat çox - 1 milyard 559 milyon manat olub.

Yanvar-mart aylarında DSMF-nin xərcləri isə 2 milyard 53 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 10% və yaxud 189 milyon manat çoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası