"Barselona"nın hücumçusu Rafinya UEFA Çempionlar Liqasının dörddəbir finalında katalonların "Atletiko Madrid"ə məğlub olmasından (2-0, 1-2) sonra hakimliyi tənqid edib.
Ucnoqta.az xəbər verir ki, Rafinyanın DAZN-ə deyib. Komandalar arasında cavab qarşılaşması Madriddəki "Civitas Metropolitano" stadionunda keçirilib. Oyuna Klement Turpin hakimlik edib.
"Mənim üçün bu, oğurlanmış matç idi. Hakimliyin nəinki çox problemi var idi, həm də verdiyi qərarlar inanılmaz idi. "Atletiko" nə qədər qayda pozuntusu etdi, bilmirəm və hakim onlara bir dənə də olsun sarı vərəqə göstərmədi. Əslində başa düşmək istədiyim şey onların "Barselona"nın qələbəsindən qorxmasıdır.
Çətin idi, xüsusən də bir oyunu qazanmaq üçün üç dəfə çox səy tələb olunduğunu görəndə. Başa düşürəm ki, bir matçda səhv edə bilərsiniz, amma ardıcıl iki matçda?" — MRafinya qeyd edib.