Ucnoqta.az
www.ucnoqta.az

Bakıda iki avtomobil toqquşdu - iki nəfər öldü

10:54 - 14 Aprel 2026 tarixində dərc olunub.

Paytaxtın Zığ-Beton yolu istiqamətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, Elmir Qubadovun idarə etdiyi "Toyota Corolla" markalı minik avtomobili yol kənarında dayanmış vəziyyətdə olan "Hyundai" markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində sərnişinlər Elvin Əsgərov və Samir Məmmədov hadisə yerində ölüblər.

Digər sərnişinlər - Azad Əhmədov, Gülşən Məmmədova və sürücü E.Qubadov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Rayon Polis İdarəsində araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası