Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-İran danışıqlarının yeri dəyişdirilə bilər

07:28 - 14 Aprel 2026 tarixində dərc olunub.

ABŞ-İran danışıqlarının növbəti mərhələsi Cenevrədə və ya İslamabadda baş tuta bilər.

Ucnoqta.az xəbər verir ki, AP-nin məlumatına görə, tərəflər Pakistanın paytaxtında ikinci görüşün keçirilməsi imkanlarını müzakirə edirlər. Bu arada, ABŞ administrasiyasının rəsmiləri Cenevrəni danışıqların yeni mərhələsi üçün mümkün məkan kimi göstərirlər.

Qeyd olunur ki, İran və ABŞ nümayəndələri arasında görüşün vaxtı və yeri hələ müəyyən edilməyib, lakin danışıqların yeni mərhələsinin 16 apreldə baş tutması mümkündür.

Müəllif: Ucnoqta.az redaksiyası