Ucnoqta.az
www.ucnoqta.az

ABŞ İrana uranın zənginləşdirilməsinə 20 illik moratorium təklif edib

22:37 - 13 Aprel 2026 tarixində dərc olunub.

İslamabadda keçirilən danışıqlarda ABŞ İrandan uranın zənginləşdirilməsini 20 il müddətinə dayandırmasını istəyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Axios mənbələrə istinadən məlumat yayıb.

Portala görə, ABŞ İranın uranın zənginləşdirilməsinə 20 illik moratorium elan etməsini təklif edib, Tehran isə uranın zənginləşdirilməsini 10 ildən az müddətə donduracaq əks təkliflə cavab verib.
ABŞ administrasiyasındakı mənbə tərəflərin "razılığa gəlmək üçün əməkdaşlıq etməyə davam etdiklərini" açıqlayıb.

Müəllif: Ucnoqta.az redaksiyası