Ucnoqta.az
www.ucnoqta.az

Elnur Hidayətoğlu yeni vəzifəyə təyin olundu

16:41 - 13 Aprel 2026 tarixində dərc olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində yeni kadr təyinatı olub.

Ucnoqta.az oxu.az-a istinadən xəbər verir ki, qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi tanınmış jurnalist Elnur Hidayətoğluya həvalə olunub.

Xatırladaq ki, E.Hidayətoğlu bu vaxta qədər adıçəkilən departamentin nəzdində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdı. O, bu vəzifəyə 2023-cü ilin dekabrında təyin edilmişdi.

Müəllif: Ucnoqta.az redaksiyası