Amerikalı işadamı Elon Mask Telegram ilə rəqabət aparacaq yeni bir messencer olan XChat-ın istifadəyə verildiyini elan edib.
Ucnoqta.az xəbər verir ki, XChat istifadəçilərə bir sıra maraqlı xüsusiyyətlər təklif edəcək: qrup söhbətləri, zənglər və video zənglər, səsli mesajlar, fayl paylaşımı və başdan-ayağa şifrələnmiş mesajlaşma. Bundan əlavə, istifadəçilər mesajları redaktə edə və silə biləcəklər.