Ucnoqta.az
www.ucnoqta.az

Məşhur futbolçu "Qarabağ"dan gedir

10:29 - 11 Aprel 2026 tarixində dərc olunub.

"Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir cari mövsümün sonunda Ağdam təmsilçisi ilə yollarını ayıracaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə "L Equipe" nəşri məlumat yayıb.

Futbolçunun yeni klubu artıq müəyyənləşib. O, karyerasını Qətər təmsilçisi "Əl Şahaniyə"də davam etdirəcək.

Artıq tərəflər müqavilə şərtlərini razılaşdırıblar. Transferin detalları açıqlanmır.

Zubir "Qarabağ"a 2018-ci ildə Fransa "Lans"ından keçib. 34 yaşlı vinger Ağdam komandasının heyətində 355 oyunda 77 qol və 94 məhsuldar ötürmə müəllifi olub. Onun hazırda klubla 2027-ci ilin iyununadək müqaviləsi var.

Qeyd edək ki, hazırda "Əl Şahaniyə" Qətər çempionatında 21 oyundan 31 xalla 12 komanda arasında 11-ci yerdə gedir. Klub təmsilçisi paytaxt Dohadan 20 km aralıda yerləşən eyniadlı şəhəri təmsil edir. ///Report

Müəllif: Ucnoqta.az redaksiyası