İsrail və ABŞ-ın zərbələri nəticəsində İran Qızıl Aypara Cəmiyyətinin ən azı 20 mərkəzinə ziyan dəyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə cəmiyyətin rəhbəri Pir Hüseyn Kulivand SNN-ə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, 32 universitet, 857 məktəb və bir neçə cəmiyyətin nəqliyyat vasitəsi də zərər görüb.
Bundan əlavə, İrana edilən zərbələr nəticəsində ölkənin hava limanlarında təxminən 15 infrastruktur obyektinə ziyan dəyib.