Ermənistanın Baş naziri Nikol Paşinyan bir daha Rusiya Prezidenti Vladimir Putinlə aprel ayında keçirdiyi görüşü yüksək qiymətləndirib və iyunun ikinci yarısında Rusiya tərəfi ilə yüksək səviyyəli görüş keçirmək planlarını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, Paşinyan bu barədə jurnalistlərə bildirib.
"Artıq dediyim kimi, səfəri çox uğurlu hesab edirəm. Qalan hər kəs öz fikirlərini bildirməkdə sərbəstdir. Təkbətək görüşə gəldikdə isə, artıq görüşlər və tədbirlər barədə razılığa gəlmişik. İyun ayının ikinci yarısı da daxil olmaqla, yüksək səviyyəli görüşlər keçirmək barədə razılığa gəlmişik", - deyə Baş nazir qeyd edib.