Tarif müharibələrində qalib yoxdur.
Ucnoqta.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq 9 apreldə keçirilən brifinqdə ABŞ prezidenti Donald Trampın İrana silah tədarük edən ölkələrə qarşı tariflər elan etməsini şərh edərkən bildirib.
"Çinin mövqeyi çox aydındır: tarif müharibələrində qalib yoxdur", - deyə diplomat bildirib.
Qeyd edək ki, prezident Donald Tramp TruthSocial sosial media platformasında 8 apreldən etibarən İrana silah tədarük edən bütün ölkələr istisnasız olaraq mallarına 50% ABŞ tarifləri ilə üzləşəcəyi ilə bağlı yazmışdı.