Ucnoqta.az
www.ucnoqta.az

Qəza öncəsi danışıq: Pilotların səs yazısı araşdırıldı

11:45 - 9 Aprel 2026 tarixində dərc olunub.

Türkiyə Milli Müdafiə Nazirliyi Gürcüstanda qəzaya uğrayan C-130 ilə bağlı ilkin hesabat yayımlayıb.

Ucnoqta.az xəbər verir ki, məlumata görə, götürülmüş nümunələrdə dağıntıların içərisində və ya xaricində partlayıcı maddə izləri aşkar edilməyib.

Milli Müdafiə Nazirliyi açıqlamasında deyilir ki, 11 noyabr 2025-ci ildə 68-1609 qanad nömrəli C-130E təyyarəsinin iştirakı ilə baş verən qəzadan sonra Hərbi Hava Qüvvələri Komandanlığımız tərəfindən əlaqələndirilən Texniki Təhqiqat Qrupunun fəaliyyəti fasiləsiz olaraq davam edir.

Uçuş Məlumatlarının Qeyd Edilməsi Qurğusunun (FDR) qeydləri araşdırıldıqdan sonra müəyyən edilib ki, qəzadan əvvəl rəqəmsal məlumat qeydlərindəki hər şey, o cümlədən uçuş heyətinin danışıqları və təyyarənin sistemləri normal şəkildə davam edib: 

"Heç bir nasazlıq aşkar edilməyib. Hadisə qəfil baş verib. Təyyarənin quyruq konusunun gövdədən ayrılması səbəbindən qeyd dayandırılıb və bu da FDR-ə gedən elektrik və məlumat kabellərinin kəsilməsinə səbəb olub. Buna görə də qeyd cihazında qəzaya işıq sala biləcək heç bir əlavə məlumat yoxdur".

Müəllif: Ucnoqta.az redaksiyası